Azərbaycan boksçusu Avropa Kubokuna qələbə ilə başlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 67 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.
Döyüş Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb - 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26). O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə qarşılaşacaq. Görüş oktyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə Azərbaycanın 4 boksçusu rinqə çıxacaq. Şamil Əskərov (57 kiloqram) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kiloqram) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kiloqram) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kiloqram) Aleksey Alfiorovla (Belarus) döyüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]