Azərbaycan boksçusu Aynur Rzayeva Avropa çempionatının finalına yüksəlib
Bakı, 22 oktyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. A.Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Boksçumuz finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.
Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Dörddəbir finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]