Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
London, 12 iyul, AZƏRTAC
İyulun 12-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniya parlamentində olublar.
AZƏRTAC xəbər verir ki, parlamentdə keçirilən görüşdə Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans, Britaniyada nüfuzlu siyasi analitik Leonel Zetter, Azərbaycan-Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri Cavanşir Feyziyev iştirak ediblər.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Britaniyadakı ictimai-siyasi vəziyyət, Brexit və Brexit-dən sonra Azərbaycanla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]