Azərbaycan cüdoçuları Belçika Açıq Cüdo turnirində iştirak edəcəklər
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan cüdoçuları Belçikanın Vise şəhərində keçiriləcək beynəlxalq Belçika Açıq Cüdo turnirində iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komanda yarışda kişilər arasında 7 çəki dərəsində 12 idmançı ilə təmsil olunacaq.
Onlar Rövşən Əliyev (60 kiloqram), Aydın Rzayev (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Məmmədrza Hacızadə, Kərim Allahverdiyev, İslam Kərimov (hamısı 81 kiloqram), Əjdər Bağırov, Musa Hüseynli (hər ikisi 90 kiloqram), Hüseyn Dadaşov, Ruslan Nəsirli (hər ikisi 100 kiloqram), Camal Feyziyev və Kənan Nəsibovdur (hər ikisi +100 kiloqram).
Cüdoçulara böyüklərdən ibarət yığmanın məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq Belçika Açıq Cüdo turniri yanvarın 27-28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]