Azərbaycan “Dell” şirkəti ilə suveren “bulud” həlləri üzrə əməkdaşlıq edə bilər
Bakı, 6 mart, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi aparılıb.