Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Təhsil Sərgisində təmsil olunub
Bakı, 5 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Beynəlxalq Təhsil Sərgisində təmsil olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, ADDA tələbələri ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Koreya və bir sıra Baltikyanı ölkələrdan olan 100-dən çox universitetin iştirakı ilə Bakı şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.Tədbirə qatılan tələbələr həm beynəlxalq təhsil qurumlarının pedaqoji təcrübəsilə tanış olublar, həm də gələcək təhsil həyatları üçün dəyərli məlumat və məsləhətlər alıblar.