Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) müzəffər ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna 50 min manat vəsait köçürüb.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, vəsait universitetin Elmi şurasının qərarı əsasında köçürülüb.
Cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə hər biri 50 min manat olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna və “YAŞAT” Fonduna da vəsait köçürüb. Bununla yanaşı, universitetin əməkdaşları könüllü qaydada adları yuxarıda qeyd olunan fondlara on minlərlə manat həcmində ianə ediblər.
ADNSU-nun əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş məzunlarının ailələrinə yardım kampaniyası da aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]