Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr dissertasiyalarının onlayn müdafiəsi davam edir
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) magistr dissertasiyalarının müdafiəsinin artıq 60 faizi yekunlaşıb.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 19-dan start götürən dissertasiya müdafiələri ölkədə koronavirus (COVID-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən onlayn formatda keçirilir. Bu il ADNSU-da 495 nəfər tələbə magistr təhsil pilləsini başa vurur. Müdafiələrdə hər bir ixtisas üzrə yaradılan komissiya üzvləri ilə yanaşı, universitetin prorektorları - tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, elmi işlər üzrə prorektor, professor Rauf Əliyarov və Magistratura bölməsinin dekanı, dosent Əzizağa Qurbanov da iştirak edirlər.
Onlayn müdafiələrin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan hər hansı problem yaranmayıb. Dissertasiya müdafiələri iyulun 8-də yekunlaşacaq. Müdafiələrdə texniki və ya hər hansı səbəbdən iştirak edə bilməyən, həmçinin dissertasiyaları hazır olmayan magistrlər üçün 2020-ci il sentyabr ayında yenidən müdafiə prosesi təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]