Azərbaycan Dubayda keçirilən “Global CyberDrill 2025” tədbirində təmsil olunub

Bakı, 12 may, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində iştirak ediblər.
AZƏRTAC ETX-nin məlumatına istinadla xəbər verir ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirin ilk günü inkişaf etməkdə olan ölkələrin üzləşdiyi kibertəhlükəsizlik trendləri və bu problemlərin rəqəmsal iqtisadiyyatla dayanıqlı inkişaf sahələrinə təsiri mövzusunda yüksəksəviyyəli panel müzakirələri ilə açılıb. Tədbirin növbəti iki günü ərzində isə 130 ölkənin milli CERT nümayəndələrinin iştirakı ilə real kiberinsident ssenarilərinə əsaslanan texniki yarışma təşkil olunub. Yarışmada “APT Compromise Detection and Investigation” və “OSINT Dark Web Investigation of Terrorist Cyber-Attack” mövzularında ssenarilər üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Yarışmanın ikinci kateqoriyası üzrə ETX-nin əməkdaşı Ayxan Hüseynli yüksək nəticə göstərərək 5-ci yeri qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [19:47]
AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib
- 17.06.2025 [19:41]
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
- 17.06.2025 [19:35]
İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib
- 17.06.2025 [18:54]
İqtisadi fəal əhalinin sayı açıqlanıb
- 17.06.2025 [18:35]
Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- 17.06.2025 [16:39]
Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb
Müstəqil siyasətin təzahürü
- [17:32]
Komitə: Əhalinin gəlirləri artıb
- [16:08]
İctimai iaşə dövriyyəsi artıb
- [15:39]