Azərbaycan dünya birinciliyində medalı təmin edən 17 ölkədən biridir
Bakı, 20 aprel, AZƏRTAC
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya çempionatında yarımfinalçıların tam siyahısı bəlli olub.
AZƏRTAC xəbər verir ki, bununla da mundialda mükafatı təmin edən idmançıların adları müəyyənləşib. Oğlanların mübarizəsində 10 dəst mükafat 17 ölkə boksçuları arasında sahibini tapacaq. Bunların arasında Azərbaycan da var. Belə ki, 49 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarımfinalçılar siyahısında yer alıb. Ölkəmiz oğlanların yarışındakı ümumi medal sayında 8-17-ci yerləri bölüşən 10 yığmadan biridir.
Turnir cədvəlinə isə Rusiya başçılıq edir (7 medal). Qazaxıstan və Ukraynanın hərəsinin 5 mükafatı var.
Azərbaycanın 9 təmsilçisinin qatıldığı dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]