Azərbaycan ən çox hansı ölkələrə xam neft və neft məhsulları ixrac edir?
Bakı, 17 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 2 milyon 930 min ton, dəyəri isə 1 milyard 40,2 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İki ayda ölkəmizdən Hindistana 215,9 milyon dollarlıq 574 min ton, İspaniyaya 175,5 milyon dollarlıq 507,4 min ton, Portuqaliyaya 123,6 milyon dollarlıq 312,2 min ton, Ukraynaya 111,4 milyon dollarlıq 339,3 min ton, Çinə 102,5 milyon dollarlıq 277,5 min ton, Xorvatiyaya 61,8 milyon dollarlıq 187,1 min ton, İsrailə isə 39,8 milyon dollarlıq 122,2 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 5 milyon 694,2 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 2 milyard 44,4 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]