Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı cəmiyyətin haqlı etirazına səbəb olur
Bakı, 23 dekabr, AZƏRTAC
Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddialar həqiqəti əks etdirmir. Bu iddialar Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
Nazir Ermənistan tərəfindən sözügedən üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Yerevanın Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]