Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər

Ankara, 16 may, AZƏRTAC
Türkiyənin Gənclik Xidmətləri Baş İdarəsi tərəfindən 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycan gəncləri də təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, qardaş ölkədə yaxın günlərdə “Türkiyənin gücü gənclərdir” şüarı altında çoxsaylı tədbirlər, o cümlədən festivallar və idman yarışları təşkil ediləcək.
Mayın 21-dək davam edəcək proqram çərçivəsində Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ölkənin müxtəlif bölgələrindən, eləcə də Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən olan gənclərin müşayiəti ilə ölkənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edəcək.
Mayın 20-də Türkiyə Böyük Millət Məclisinə səfər və parlamentin sədri Numan Kurtulmuşla görüş planlaşdırılır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [17:49]
“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib
- 17.06.2025 [17:44]
Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir
- 17.06.2025 [17:23]
Astanada İkinci “Mərkəzi Asiya – Çin” sammiti keçirilir
- 17.06.2025 [16:11]
Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq
- 17.06.2025 [16:06]