Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə beynəlxalq reytinqdə irəliləyib
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan aprel ayında sabit genişzolaqlı internetin orta sürəti üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 5 pillə irəliləyərək 76,87 MB/S sürətlə 155 ölkə arasında 86-cı olub.
AZƏRTAC “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 96 faiz artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay reytinqdə birinci yeri Sinqapur (368,5 MB/S), axırıncı yerdə isə Suriya (3,2 MB/S) qərarlaşıb.
Azərbaycan apreldə mobil internetin sürəti üzrə isə mart ayına nisbətən 5 pillə geriləyərək 74,08 MB/S sürətlə 104 ölkə arasında 57-ci olub. Mobil internetin sürətinə görə birinci yerdə Qətər (521,52 MB/S), sonuncu yerdə isə Boliviya (13,00 MB/S) qərarlaşıb.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 200 şəhər arasında 76,02 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (355,24 MB/S) başçılıq edib, sonuncu pillədə isə Hələb (2,27 MB/S) qərarlaşıb.
Azərbaycanın paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 90,57 MB/S sürətlə 150 şəhər arasında 83-cü olub. Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (608,89 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,42 MB/S) tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]