İDMAN
Azərbaycan gimnastı Oleq Stepko növbəti medalını qazanıb [YENİLƏNİB] VİDEO
Kişilər arasında halqalar üzrə hərəkətlərdə Yunanıstan gimnastı Eletherıous Petrousıas (15,633) qızıl medala layiq görülüb. Rusiyalı Nikita İqnatyev (15,333) ikinci, türkiyəli İbrahim Çolak (15,133) üçüncü olub.
Dayaqla tullanma yarışında Azərbaycanı təmsil edən gimnast Oleq Stepko (14,966) bürünc medala sahib olub. Qızıl medala ukraynalı Oleq Vernyayev (15,266), gümüş medalı isə Niderland idmançısı Kasimir Şmidt (15,166) əldə edib.
Qadınlar arasında gimnastika tiri üzərində yarışların qızıl medalını Niderland atleti Layk Vever (14,200) qazanıb. İkinci yeri rumıniyalı Andrea İridon (14,000), üçüncü pilləni isə isveçrəli gimnast Juliya Stengruber (13,700) tutublar.
Müxtəlif hündürlüklü qollar ilə hərəkətlərdə rusiyalı Aliyə Mustafina (15,400) birinci, almaniyalı Şeder Sofiya (15,200) ikinci, rumıniyalı Andea İridon (12,800) üçüncü olub.
17:05
Kişilər arasında gimnastika atı üzərində hərəkət yarışlarına yekun vurulub. Bu yarışlarda ölkəmizi təmsil edən Oleq Stepko 14.600 xal toplayaraq gümüş medala sahib olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva arenada idmançımızın çıxışına baxıblar.
Birinci yeri 14.966 xalla sloveniyalı Saso Bertonselj, üçüncü yeri isə 14.200 xalla böyük britaniyalı Brin Bevan tutub.
17:01
Kişilər arasında idman gimnastikasının çoxnövçülük yarışlarında sərbəst hərəkətlərdə ispaniyalı Zapata Santana (15,333) ən yüksək nəticə göstərərək qalib olub. Almaniyalı Fabian Hamburken (15,100) ikinci, Rusiyalı David Belavski (15,000) üçüncü yeri tutublar.
16:37
Bakı, 20 iyun, AZƏRTAC
İdman gimnastikası üzrə çöxnövçülük yarışlarının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, idmançılar 6 hərəkət (gimnastik at üzərində, halqalar, sərbəst hərəkələr, paralel qollar, dayaqla tullanma, turnik) üzrə medallar uğrunda mübarizə aprırlar.
Finalda Azərbaycan gimnastı Oleq Stepko da iştirak edir.