Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır
Tbilisi, 13 avqust, AZƏRTAC
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan hökumətləri elektrik enerjisinin yerüstü tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze deyib.
“Bu, iqtisadi cəhətdən çox vacib və maraqlı təşəbbüsdür. Belə ki, tranzitlə yanaşı, Gürcüstan öz elektrik enerjisini də ixrac edəcək və bu, öz növbəsində yerli biznesi, ölkədə energetika sahəsinin yüksək səviyyədə inkişafını dəstəkləyəcək”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, yeni təşəbbüs istənilən maraqlı ölkədən, ilk növbədə qonşu ölkələrdən elektrik enerjisinin Gürcüstan vasitəsilə Avropaya çatdırılmasını təmin edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:03]
“Brent”in qiyməti 100 dollardan aşağı düşüb
- 22.09.2026 [14:51]
Yanq Te Kim: Azərbaycan Orta Dəhlizlə bağlı müzakirələrə liderlik edir
- 22.09.2026 [14:43]
“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır
- 22.09.2026 [14:09]
® “Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
- 22.09.2026 [13:09]
® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb
- 22.09.2026 [13:06]
® “Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]