Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında dördüncüdür
Tbilisi, 20 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 451 milyon ABŞ dolları olub. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Qeyd edilir ki, Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,9 faiz paya malik olub.
Yanvar-iyun ayları ərzində Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın əsas ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycana 203,5 milyon dollarlıq məhsul ixrac edib. Bu, illik müqayisədə 6,1 faiz azdır. Bununla belə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,5 faiz payla qonşu ölkənin Çindən sonra ikinci əsas ixrac tərəfdaşı olub.
İlin ilk yarısında Gürcüstan Azərbaycandan ümumi dəyəri 247,3 milyon dollar olan məhsul idxal edib. Burada da ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalma qeydə alınıb.
Yanvar-iyun ayları ərzində Azərbaycan Gürcüstanın ümumi idxalında 7 faizlik payla əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]