AZƏRBAYCAN HƏQİQƏTLƏRİ QƏTƏRDƏ DƏ TƏBLİĞ OLUNUR
İqtisadiyyat, ticarət və sənaye nazirləri və digər rəsmi şəxslərlə keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqlərinin genişləndirilməsi ilə bağlı irəli sürülən təkliflər dəstəklənmiş, müvafiq sənədlərin imzalanması məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsi qərara alınmışdır.
Eyni zamanda, ikitərəfli münasibətlərin inkişafına təkan verəcək mühüm sənədlərin, o cümlədən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qətərin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Protokol”, “Hava əlaqəsi haqqında Saziş”, “İkiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş”, “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş ” layihələrinin və s. yaxın gələcəkdə imzalanması nəzərdə tutulmuşdur.
“Əş-Şərq” qəzeti ilə əldə olunmuş razılığa əsasən, Azərbaycan haqqında məlumatlar mütəmadi bu mətbuat orqanının səhifələrində işıqlandırılacaqdır. İlk olaraq, qəzetdə səfirin geniş müsahibəsi dərc edilmişdir. Digər kütləvi informasiya vasitələrində də keçirilən hər bir görüş ətraflı işıqlandırılmışdır.