Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür [YENİLƏNİB] VİDEO

Bakı, 3 iyun, C.Rüstəmov, E.Hüseynov, AZƏRTAC

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz çalışmalıdırlar ki, üzərlərinə düşən bu məsul vəzifənin öhdəsindən layiqincə gəlsinlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 3-də Bakıda işə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində keçirilən “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusundakı panel sessiyada səsləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada “Gənclər Azərbaycan diasporunun fəaliyyət tarixində yeni mərhələnin aparıcı qüvvəsi kimi”, “Yeni nəsli fərqləndirən başlıca keyfiyyətlər”, “Azərbaycan diasporunun indiki nəsli ilə gənclər arasında fikir və düşüncə fərqi”, “Keçmiş nəslin təcrübəsi və yeni nəslin müasir yanaşma tərzi - ümumi harmoniyanı necə yaratmalı?” “Keçmiş təcrübənin yeni nəslə ötürülməsi üsulları hansılardır?” mövzularında diskussiyalar aparılıb.

Ramin Məmmədov panel sessiyasını açaraq qeyd edib ki, Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər saldıqda, ulu öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq. Vaxtilə Ulu Öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətdə önəmli addımlar atılır.

Erməni təbliğatına qarşı gənclərin fəallığının daha da artırılmalı olduğunu vurğulayan R.Məmmədov deyib: “Gənclərimiz müasir innovativ texnologiyalardan istifadə etməklə bu mübarizədə öz sözlərini deməlidirlər. Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib. İndi konkret addımlar atılmalı, real nəticələr əldə edilməldir”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev çıxış edərək bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu vasitədən səmərəli istifadə olunarsa, ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqəli işləməli, həmrəylik nümayiş etdirməlidirlər.

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, hər bir zamanın dominant anları var. Regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. Lobbiçilikdən danışan İ.Axundov bildirib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu əlaqəli fəaliyyət göstərir. O deyib: “Zənnimcə, müvəffəqiyyətin ən qısa yolu auditoriyalardan keçir. Misal üçün, Azərbaycan tarixi dərsi Torontoda magistrlara təqdim olundu və onlar bu istiqamətdə araşdırmalar apardılar. Onlar Azərbaycana gəldilər, reallıqları öz gözləri ilə gördülər. Geri qayıtdıqdan sonra isə burada gördüklərini tezis formasında çap etdirdilər. Daha sonra Kanadanın böyük bir nümayəndə heyəti Azərbaycana gələrək, burada mühüm tədbirdə iştirak etdi. Bu, bir daha göstərdi ki, auditoriya ilə aparılan işlər öz bəhrəsini verir”.

“Bu gün Prezident İlham Əliyev informasiya sahəsində hələ görüləsi çox işlərin olduğunu bildirdi. Bunu nəzərə alaraq, işimizi daha da canlandırmalıyıq. Bu gün müasir dünyada yeni innovativ texnologiyalar populyarlıq qazanır. İstifadə etdiyimiz kompyuterlər artıq daha innovativ vasitələrlə əvəzlənir. Belə bir şəraitdə məlumatları operativ ötürməyi bacarmalıyıq. Bu baxımdan texniki şərait mövcuddur, yalnız qalır onu reallıqda tətbiq etmək”, - deyə İ.Axundov diqqətə çatdırıb.

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev çıxış edərək deyib: “Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu. Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər kəs bu işdə əlindən gələn köməyi əsirgəməsin”.

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının fəaliyyəti barədə də məlumat verən Emin Hacıyev qurumun reallaşdırdığı tədbirlərdən, həyata keçirdiyi layihələrdən danışıb.

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq sosial şəbəkələrdə - facebook və tvitter-də gənclərin aktiv olmasının zəruriliyini bildirib. Qeyd olunub ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib. Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə, ölkəmiz haqqında reallıqların daha geniş arealda yayılmasında fəallıq göstərməlidirlər.

Fasilədən sonra panel ikinci hissə ilə işini davam etdirib.

Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev xarici ölkədə yaşayan həmvətənlərimizin həmin ölkələrin icraedici və qanunverici orqanlarında təmsil olunmalarının zəruriliyini vurğulayıb. “Yaxın zamanlarda Norveçdə ikinci radiomuz fəaliyyətə başlayacaq ki, bu da Azərbaycan həqiqətlərinin norveçlilərə çatdırılmasında mühüm rol oynayacaq. Hər bir cəmiyyətin öz marağı olduğu üçün çalışmalıyıq ki, bunu nəzərə alaq və təbliğatımızı bu yöndə quraq”, - deyə R.Əliyev qeyd edib.

Ukraynada azərbaycanlı gənclərin fəallığından danışan Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva isə xalqlar arasında münasibətlərin bu işdə önəmindən bəhs edib. Bildirilib ki, gənclərimiz Ukraynanın siyasi, sosial və elmi-mədəni sahələrində təmsil olunurlar və bu, təbliğat işinin qurulmasında xüsusi məna kəsb edir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Azərbaycan torpaqlarının 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğalının, onun acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasının gənclərin ümdə vəzifələrindən olduğunu söyləyən Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayev deyib: “Diaspor fəaliyyətimizin önəmli aspektlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun çatdırılmasından ibarətdir. Bildiyiniz kimi, geniş mənada həqiqətin, gerçəkliyin necə olmasındansa, onun necə qavranılması, görünməsi daha önəmlidir. Bu cəhətdən Ermənistan-Azərbaycan münaqişəsinin Qərb elmi ictimaiyyətində təqdimatının da ilk növbədə, bir qavranılma məsələsi olduğu qənaətinə gəlmək olar. Buna bariz misal kimi, bir alman məktəb dərsliyindən sitatı diqqətinizə çatdırmaq istərdim. 2000-ci ildə Berlin şəhərinin orta məktəbləri üçün çap olunmuş 8-ci sinif coğrafiya dərsliyində Qarabağ münaqişəsinə dair “doğru inam uğrunda mübarizə” başlıqlı arayışda deyilir: “Azərilər İslam dininə itaət edirlər və buna görə də erməniləri “erməni kimliyindən” məhrum etmək istəyirlər. Onlar dini xristian olan ermənilərə ana dilində təhsil almağı, habelə erməni tarixini və coğrafiyasını öyrənməyi qadağan etmişdilər. Bundan başqa, onlar xristian dini adət-ənənələrini icra etməyə də əngəl yaradırdılar”. Beləliklə, bu dərsliyin misalında təqdimatın gerçəklikdən nə dərəcədə kəskin fərqləndiyi özünü aydın şəkildə büruzə verir. Düşünün ki, 8-ci sinif alman şagirdinin Dağlıq Qarabağ problemi barədə ilk təəssüratı yanlış formada formalaşır. Ermənilərin yalan üzərində qurulmuş bu təbliğatı şagirdlərin, yəni, gələcək nəslin ilkin təsəvvürlərinin formalaşmasına səbəb olur. Ona görə bu istiqamətdə fəaliyyətimizi daha da artırmalıyıq”.

Polşada Azərbaycanlı Gənclər Şurasının sədri, diaspora.az saytının baş redaktoru Nail Məmmədzadə çıxışında bildirib ki, Azərbaycan diasporunun əsas problemlərindən biri həmvətənlərimizin yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmasındadır. Bunun üçün hər bir kəs yaşadığı ölkənin dilini, mədəniyyətini daha yaxşı bilməlidir. N.Məmmədzadə, həmçinin gənclərimizin diaspor sahəsində maarifləndirilməsinin vacibliyini qeyd edib.

Sonra çıxış edən Corc Vaşinqton Universitetinin professoru Türkər Özdoğan qeyd edib ki, bu gün türk dünyasının yalnız olduğu barədə səslənən fikirlər tamamilə yanlışdır. Əgər 300 milyonluq türkün varlığını nəzərə alsanız, bunun belə olmadığını görərsiniz. Bu gün Azərbaycan iri layihələrə imza atmaqla, eləcə də idman və mədəni sahələrdə əldə etdiyi uğurlarla dünyaya səs salır. Bunu görməmək mümkün deyil. Çalışmaq lazımdır ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı daha da artsın. Corc Vaşinqton Universitetində onların sayı nə qədər çox olarsa, bu, ölkənin uğurudur. Ona görə də azərbaycanlı gəncləri universitetimizdə görməkdən şad olaram”.

Panel sessiyası işini müzakirələrlə davam etdirib, bir sıra təkliflər səsləndirilib, suallar cavablandırılıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb