Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar
Bakı, 8 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.