AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində martın 22-dən 24-dək Belçika Krallığının paytaxtı Brüsseldə NATO–nun Standartlaşdırma Agentliyinin İnformasiya üzrə işçi qrupunun görüşü, martın 22-dən aprelin 1-dək bu ölkənin Brüssel və Mons şəhərlərində “NATO-nun Beynəlxalq Hərbi Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı”, martın 22-dən aprelin 2-dək Niderlandın Brunssum şəhərində “Qərargah zabitləri üçün hərbi terminologiya kursu”, martın 23-dən 24-dək Litvanın paytaxtı Vilnüsda “Böhranların idarə olunması” üzrə seminar və martın 24-dən 26-dək Ukraynanın Lvov şəhərində “Rough and Ready 2004” təliminin yekun planlaşdırma konfransı keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]