AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində dekabrın 5-dən dekabrın 9-dək Bakıda “Hərbi terminologiya”, Türkiyənin paytaxtı Ankarada “İnsan alveri və qaçaqmalçılıqla mübarizə” kursları, dekabrın 5-dən 16-dək Lüzern şəhərində (İsveç Krallığı) “Vikinq 2005” təlimi, dekabrın 6-dan 8-dək ABŞ-ın San Dieqo şəhərində “Rapid Trident-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də təmsil olunurlar.