AZƏRBAYCAN İDMANÇILARI BELARUSDA MƏŞQ TOPLANIŞINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan güləşçiləri Minsk yaxınlığındakı “Stayki” idman kompleksində məşq toplanışında iştirak edəcəklər. Bu barədə razılaşma martın 29-da Belarusun idman və turizm naziri Aleksandr Qriqoryev ilə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun görüşündə əldə olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Mingəçevirdə avarçəkmə bazasının tikintisi başa çatdıqdan sonra Belarus idmançıları Azərbaycana gələcəklər.
Belarus naziri demişdir ki, onun ölkəsi 2016-cı ilin Olimpiya oyunlarının keçirilməsinə Azərbaycanın namizədliyi məsələsi BOK-da müzakirə edilərsə, bunu dəstəkləyəcəkdir.
Görüşdə martın 28-də Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Belarus İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair imzalanmış proqramın gerçəkləşdirilməsinə dair tədbirlər planı müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]