Azərbaycan idmançısı Sloveniyada beynəlxalq yarışlarda yüksək nəticə göstərib
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan idmançısı, yaxtaçı Kristina Kərimova Sloveniyada keçirilən beynəlxalq “Easter Regatta” yarışlarında yüksək nəticə göstərib.
Azərbaycan Yelkən İdmanı Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kristina Kərimova 139 yaxtaçının iştirak etdiyi yarışda dördüncü yeri tutub. Bu, böyük müvəffəqiyyət sayılır.
Qeyd edək ki, 2014-cü ildən bəri Azərbaycan Yelkən İdmanı Federasiyasının maddi bazası fəal şəkildə möhkəmləndirilir. Burada peşəkar məşqçisi korpusu formalaşıb, yeni idmançılar cəlb edilib, xaricdən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə məşqlər keçən “Optimist” və “Laser” komandaları yaradılıb.
Bu və digər uğurlar Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən böyük diqqət və dəstək sayəsində mümkün olub.
Azərbaycanlı gənc idmançının bu uğurları belə deməyə əsas verir ki, qarşıda bizim yaxtaçıları daha böyük nailiyyətlər gözləyir.