Azərbaycan ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Vyana, 10 fevral, AZƏRTAC
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb .
Nazir Elmar Məmmədyarov Rafael Mariano Qrossini AEBA-nın baş direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onu Azərbaycana səfərə dəvət edib.
Rafael Mariano Qrossi Azərbaycan ilə AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Baş direktorun diqqətinə çatdırılıb ki, ölkəmiz AEBA ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu təşkilatda təmsil olunmaqda maraqlıdır.
Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə AEBA ilə bu qurum arasında potensial əməkdaşlıq məsələləri üzrə mövcud perspektivlər müzakirə edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]