AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQI ARASINDA ƏLAQƏLƏR DAHA DA GENİŞLƏNDİRİLMƏLİDİR
Nazir Vilayət Quliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin sürətlə inkişaf etdiyini və əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirmişdir.
Azərbaycanın xarici işlər naziri Cənubi Qafqazda qonşu dövlət olan Gürcüstanla əlaqələrin gələcək perspektivləri və regional əməkdaşlıq çərçivəsində həyata keçirilən iqtisadi layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə məlumat vermiş, münaqişənin vurduğu ziyanın ölkəmizin iqtisadiyyatı üçün təsirsiz qalmadığını söyləmişdir.
Heyki Talvitye təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığının gələcək inkişafına böyük əhəmiyyət verdiyini və qarşılıqlı maraq doğuran əlaqələrin daha intensiv şəkildə davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan cənab Heyki Talvitye, problemin tezliklə beynəlxalq birliyin birgə səyi nəticəsində sülh yolu ilə öz ədalətli həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.