AZƏRBAYCAN İLƏ AVSTRİYA QADINLARI ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avstriya Respublikasının səhiyyə və qadın məsələləri üzrə naziri Mariya Raux-Kallatın dəvəti ilə sentyabrın 26-dan oktyabrın 4-dək Vyanada olacaqdır.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd Avstriyanın ailə, uşaq problemləri, gender məsələləri ilə məşğul olan qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq sahələr üzrə bu ölkənin çoxillik təcrübəsi ilə tanış olmaqdır. Səfər çərçivəsində H.Hüseynova Avstriyanın uşaq ombudsmanı doktor Filler ilə görüşəcək, qadın sığınacağının, Uşaq Böhran Mərkəzinin və digər müvafiq qurumların fəaliyyəti ilə tanış olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]