Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Tbilisi, 15 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Tbilisi şəhər meriyası ilə səfirlik arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tarixi, mədəniyyət obyektlərinin fəaliyyəti, durumu və s. məsələlər diqqət mərkəzində olub. Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin bugünkü səviyyəsindən məmnunluq ifadə olunub.
Sonra səfir Dursun Həsənov Şidi Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze ilə görüşüb.
Görüşdə Şidi Kartli bölgəsinin sosial-iqtisadi vəziyyəti, Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Hər iki ölkənin regionları arasında birbaşa əlaqələrin qurulması və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]