AZƏRBAYCAN İLƏ KANADA ARASINDA İQTİSADİ VƏ HUMANİTAR ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bu görüşlərdə ölkəmizdə gedən siyasi proseslər, iqtisadi islahatlar haqqında məlumat verilmiş, Azərbaycan və Kanada arasında iqtisadi və humanitar əlaqələrin inkişafına dair məsələlər və Azərbaycana sərmayə qoyulması imkanları müzakirə edilmişdir.
Səfirliyin Kanadada Avrasiya-Rusiya Biznes Assosiasiyası (CERBA) ilə birlikdə təşkil etdiyi növbəti tədbirdə isə baş ofisləri Kalqaridə yerləşən biznes qurumları üçün Azərbaycanın təqdimatı mərasimi keçirilmişdir.
Səfir F.Qurbanov, Azərbaycanın coğrafi mövqeyi, tarixi, mədəniyyəti, iqtisadi göstəriciləri, prioritetləri, əldə edilmiş nailiyyətləri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, sərmayə qoyuluşu üçün üstünlükləri və sahələri özündə əks etdirən slaydlardan istifadə etməklə Azərbaycan haqqında məlumat vermiş və iştirakçıları maraqlandıran suallar əsasında açıq şəkildə müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]