AZƏRBAYCAN İLƏ QAZAXISTAN HƏRBİ SAHƏDƏ DƏ ƏMƏKDAŞLIQ EDƏCƏKLƏR
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, saziş 2004-ci ilin martın 1-də Qazaxıstanın paytaxtı Astana şəhərində imzalanmışdır.
Tərəflər əmindirlər ki, bu Saziş sülhün, etimadın möhkəmləndirilməsinə və hər iki dövlətin hərbi sahədə münasibətlərinin inkişafına, əməkdaşlıq sahələrinin uzun müddətə planlaşdırılması və müəyyənləşdirilməsinə xidmət edəcəkdir.
Sənədə görə, tərəflər, hərbi fəaliyyətin müdafiə siyasəti, hərbi-iqtisadi, hərbi-texniki, kadr hazırlığı, silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq edəcəklər.
Bu Sazişə əsasən tərəflər ikitərəfli hərbi əməkdaşlıq üzrə illik plan işləyib hazırlayır, hərbi təlimlərdə, konfrans və seminarlarda, təlim layihələrində, təcrübə keçmədə birgə iştirak edir, qarşılıqlı maraq doğuran məlumatların mübadiləsini təmin edirlər.
Saziş 5 il müddətinə nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]