AZƏRBAYCAN İLƏ QƏTƏR ARASINDA ƏLAQƏLƏR YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR
Bakı, 29 sentyabr (AZƏRTAC). “Azərbaycan ilə Qətər arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Mən ətraf mühit naziri olaraq bu əlaqələrin həm ekologiya, həm də kənd təsərrüfatı sahəsində daha da inkişaf etməsinə dəstək verməyə hazıram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Qətərin ətraf mühit naziri Abdulla bin Mübarək bin Abud əl-Mədadi jurnalistlərə müsahibəsində demişdir.
İkigünlük səfərinin əsas məqsədinin Bakıda keçirilən “Caspian Agro-2010” III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisində iştirak etmək olduğunu deyən qətərli nazir bu müddətdə gələcək planları müzakirə etmək üçün Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirəcəyini demişdir.
Nazir Azərbaycan ilə Qətər arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]