AZƏRBAYCAN İLƏ QƏTƏR ARASINDA ƏTRAF MÜHİT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 30 sentyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Qətər Dövlətinin ətraf mühit naziri Abdulla bin Mübarək bin Abud əl-Mədadinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, əldə edilmiş naliyyətlər barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Eyni zamanda, iki ölkə arasında ətraf mühit sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Bu əlaqələrin daha da intensivləşdirilməsi məqsədi ilə Azərbaycan və Qətər Dövləti arasında ətraf mühit sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması təklif olunmuşdur.
Əməkdaşlığın möhkəmləndirilməsi məqsədi İlə hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır.
İşçi qrupa tarixən hər iki ölkədə məskunlaşmış, sonralar ölkələrin birində kökü kəsilmiş fauna növlərinin qarşılıqlı olaraq bir dövlətin ərazisindən digərinə introduksiya olunması, nadir quşların sayının artırılaraq vəhşi təbiətə buraxılması üçün xüsusi ərazilərin ayrılması istiqamətində iş aparılması tapşırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]