Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıblar.
Nazirlər hər iki ölkənin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dair fikir mübadiləsi həyata keçiriblər. Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda, digər ölkələrə münasibətdə beynəlxalq yükdaşımalarına təsir göstərməyəcək.
Xarici İşlər nazirləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər COVID-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [12:45]
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib
- 02.06.2026 [12:37]
Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
- 01.06.2026 [17:43]