Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi əməkdaşlıq mövcuddur
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazirin birinci müavini Yaqub Eyyubovun Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Yaqub Eyyubov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan ilə Rusiya arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün belə görüşlərin əhəmiyyətini qeyd edən Y.Eyyubov vurğulayıb ki, Azərbaycan və Rusiya xalqlarını möhkəm dostluq telləri bağlayır.
Ölkəmizin sürətli inkişafından danışan Rusiya Federasiyası Hökuməti sədrinin müavini A.Dvorkoviç ikitərəfli əməkdaşlığın uğur qazanacağına əmin olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]