Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən nazir Elmar Məmmədyarov ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
Baş katib Rəşid Alimov, öz növbəsində, müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Əlaqələndirmə Şurasının cari ilin avqustunda keçirilmiş iclası zamanı müzakirə edildiyini söyləyib. O, bu məsələyə ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacağını deyib.
Görüşdə tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]