Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığa başlayır
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Tokio şəhərində səfərdə olublar.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, səfərin başlıca məqsədi Yaponiyanın qabaqcıl sığorta şirkətlərində tətbiq olunan innovativ texnologiyalar, rəqəmsallaşma həlləri və süni intellektin sığorta sahəsindəki tətbiqlərini öyrənməkdən ibarət olub.
Səfər çərçivəsində yerli nümayəndə heyəti “Ichinen Holdings Ltd”, “PricewaterhouseCoopers (PwC)”, “Aioi Nissay Dowa Insurance Co., Ltd”, “SOMPO Holdings Inc.”, “Dai-ichi Life Insurance Company” və “The TOA Reinsurance Company” kimi nüfuzlu şirkətlər ilə görüşlər keçirib.
Görüşlərdə yerli sığortaçılar Yaponiyanın sığorta sahəsindəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, gələcək əməkdaşlıqlar üçün əhəmiyyətli müzakirələr aparıblar.
Səfər çərçivəsində ASA-nın da üzv olduğu Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının (GFIA) İdarə Heyətinin üzvü olan Yaponiya Həyat Sığorta Şirkətləri Assosiasiyasının rəhbəri Toyonari Sasaki və assosiasiya üzvləri ilə də işgüzar görüş keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [00:16]
“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]