Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan insan kapitalına sərmayə qoyulmasına üstünlük verir

Azərbaycan insan kapitalına sərmayə qoyulmasına üstünlük verir

Bakı, 21 sentyabr, AZƏRTAC

Rusiyada çıxan nüfuzlu “Novıye izvestiya” qəzetinin 21 sentyabr tarixli nömrəsində Georgi Stepanovun “Azərbaycan insan kapitalına sərmayə qoyulmasına üstünlük verir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalə Bakının Dənizkənarı Milli Parkının təsviri ilə başlanır. Müəllif yazır ki, çoxları bu parkı Azərbaycanın rəmzi, onun saysız-hesabsız cizgilərinin və rənglərinin cəmləşdiyi məkan kimi qəbul edir. Məqalədə deyilir: “Burada açıq havadakı kafelərdə dədə-baba qaydası ilə oduncaq və küknar qozası yandırmaqla qızdırılan samovarlar qaynayır. Yaxınlıqdan keçən hər kəsi hökmən bir fincan ətirli Azərbaycan çayı içməyə dəvət edirlər. Yanında da Bakı, Naxçıvan, Şuşa və ya Şəki paxlavası. Burada adam əlindən tərpənmək olmur: ailələr, uşaqlar, qocalar, cavanlar... Adamlar gəzişir, söhbət edir, idmanla məşğul olur, nərd oynayır, dondurma və ya kabab yeyir. Axşamın alatoranlığında, Xəzərdən sərin külək əsəndə bütün bu mənzərə çox qəribə hisslər oyadır. Bura bu insanların torpağıdır, onların dənizi, onların şəhəri, onların keçmişi, bu günü və gələcəyidir”.

Müəllif Azərbaycan Respublikasının iqtisadi fenomeni, ölkədə baş verən genişmiqyaslı dəyişikliklər barədə düşüncələrini oxucularla bölüşərkən Beynəlxalq Valyuta Fondunun və ya Dünya Bankının hesabatlarından götürülmüş rəqəmlərlə oxucunu yormamağa üstünlük verir. Onun sözlərinə görə, bu rəqəmlərin və faktların arxasında konkret insan dayanır: sıravi vətəndaş və dövlət başçısı, neftçi və mühəndis, inşaatçı və müəllim, menecer və tələbə...

Materialda deyilir: “XXI yüzillikdə Azərbaycanın ən birinci meyarı, onun strateji resursu, xırdalanmayan kapitalı insandır”. Müəllif xüsusi vurğulayır ki, həmişə Azərbaycanın əsas sərvəti sayılan neftin hasilatına zəhmət çəkilməsə o, faydasız, ölü sərvətdir. O yazır: “Bu gün energetika sektoru, neft-qaz sahəsi milli iqtisadiyyatın lokomotivləridir. Amma bir vaxtlar buna şübhə ilə yanaşanlar inandırmağa çalışırdılar ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi baş tutmayacaq və üçüncü ölkələrin nefti olmasa, bu kəmər tam gücü ilə işləməyəcək. Lakin 1994-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti Heydər Əliyev və bir sıra xarici şirkətlərin, o cümlədən “Lukoyl”, bp, “Chevron”, “Statoil” və “Exxon” şirkətlərinin rəhbərləri “Əsrin müqaviləsi”ni - Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının mənimsənilməsinə dair kontraktı imzaladılar. Qarşıdakı onilliklər üçün respublikanın inkişaf xəttini müəyyən edən bu müqavilə ölkə büdcəsini zənginləşdirməyə, daha sonra sürətli inkişaf və tərəqqi strategiyasına keçməyə imkan verdi. Respublikanın inkişaf prinsiplərini Heydər Əliyevin aşağıdakı sözləri son dərəcə dəqiq səciyyələndirir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

G.Stepanov Azərbaycanın təşəbbüsü ilə başlanmış və gerçəkləşdirilməsinin əsas hərəkətverici qüvvəsi bu ölkə olmuş mühüm neft-qaz layihələrinin tarixindən söhbət açaraq xatırladır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi 2003-cü ilin aprel ayında başlandı. Məqalədə deyilir: “Bakı-Tbilisi-Ceyhan kəməri 2005-ci ilin may ayında istifadəyə veriləndə dünya bazarında neftin bir barrelinin qiyməti 100 dollardan yuxarı idi. Bunun nəticəsində Azərbaycan yataqların işlənməsinə sərmayə qoyulmuş vəsaitlərə görə əcnəbi investorlarla hesablaşmanı əvvəl nəzərdə tutulan müddətdən tez başa çatdıra bildi. Qeyd edək ki, 1994-cü ildən bu günə qədər Azərbaycanın neft layihələrinə xarici investisiyaların ümumi həcmi 62 milyard dollardan çox olub.

Bütün region üçün ən mühüm “arteriyaya” çevrilən Bakı-Tbilisi-Ceyhan boru kəməri beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bu boru kəməri istifadəyə veriləndən sonra Azərbaycan enerji ehtiyatlarının dünya bazarlarına nəql edilməsi ilə əlaqədar başqa layihələr üzərində, ilk növbədə bu gün Avropada ən iri infrastruktur layihəsi olan “Cənub qaz dəhlizi” layihəsi üzərində iş başlandı. Bu layihənin əsas seqmentləri “Şahdəniz” qaz yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişlənməsi, TANAP - Transatlantik layihəsinin reallaşdırılması və TAP - Transadriatik boru kəmərinin tikintisidir”.

Məqalədə deyilir ki, 1997-ci ildə respublikada təqribən 9 milyon ton, 2005-ci ildə 22 milyon tona yaxın neft hasil edilirdisə, indi bu göstərici 42 milyon tondan çoxdur...

Eyni zamanda, müəllifin fikrincə, söhbət layihədən deyil, insandan gedir. Ümummilli Liderin əzmkarlığı, intellekti və nüfuzu olmasaydı, bu ideyalar havada qalardı. Əlbəttə, Heydər Əliyevin irsi təkcə bu gün onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bitmir. Bu gün Azərbaycan hələ 1990-cı illərin əvvəllərində Ümummilli Lider tərəfindən əsası qoyulmuş, iqtisadiyyatdan daha çox mənəviyyatla bağlı olan prioritetlər məcrasında inkişaf edir.

Müəllif daha sonra yazır: “Bu mənada Azərbaycan həqiqətən gələcəyə istiqamətlənib - istər ultramüasir binalar və mehmanxanalar, istər qabaqcıl informasiya-kommunikasiya texnologiyaları, istərsə də bir neçə dil bilən gənc uğurlu biznesmenlərin sayının artması hesabına. Əhalinin orta yaşı 30-dan bir qədər artıqdır. Bu da Azərbaycan dövlətçiliyinin son dərəcə qiymətli resursudur, çünki sağlam ambisiyalar, ən müxtəlif fəaliyyət sahələrində öz imkanlarını reallaşdırmaq cəhdi gəncliyə xas olan cəhətlərdir.

Ölkədə həyata keçirilən ən mühüm layihələrdən biri 2007-2015-ci illərdə 5 min tələbənin dünyanın ən yaxşı ali məktəblərində təhsil almasını nəzərdə tutan Dövlət Proqramıdır. Təhsil xərclərinin çoxunu enerji resurslarının satışından əldə edilən vəsaitin daxil olduğu struktur - Dövlət Neft Fondu ödəyir.

Heç bir ölkə daim neft dollarlarının axması hesabına yaşaya bilməz. Bu həqiqəti çoxdan başa düşən respublika rəhbərliyi iqtisadiyyatı şaxələndirmək qərarına gəlib. Azərbaycanın qeyri-neft sektorunda real ümumi daxili məhsul 2004-cü ildən 2014-cü ilədək demək olar ki, üç dəfə artıb. Ola bilsin, məhz buna görə ölkə dünya böhranından minimum itkilərlə çıxıb: 2009-cu ildə onun iqtisadiyyatı 9,3 faiz artıb, halbuki elə həmin il neftin qiyməti dörd dəfə ucuzlaşıb”.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qeyri-xammal sektorunun keyfiyyətcə artımına güclü təkan verdiyini qeyd edən müəllif yazır: “2003-cü ilin oktyabrında hələ Baş nazir olan İlham Əliyev o vaxtlar prezident seçkilərinə məhz bu proqramla gedib. Sənaye obyektlərinin Bakı ətrafında toplandığı bir vaxtda kənd yerlərində, dağlıq bölgələrdə modernləşdirmə layihəsini həyata keçirmək qərarı bu kursun səmərəliliyi üçün bir çağırış, sınaq oldu. İlham Əliyevin ilk başdan uğurlu regional eksperiment kimi qəbul edilən layihəsi nadir infrastruktur islahatına çevrildi. Azərbaycan Prezidenti deyib: “Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda neft amili təxminən cəmi 30 faiz təşkil edir. Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq”.

Məqalədə deyilir: “Nəticədə son yeddi ildə Azərbaycanda ÜDM 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, 1,4 milyondan çox yeni iş yeri açılıb. Orta əməkhaqqı 500 dollar səviyyəsinə yaxınlaşıb. Dövlət sahibkarlığa və aqrar-sənaye kompleksinə ciddi yardım etdiyinə görə ölkə ərzaq məhsullarının çoxu ilə özünü təmin etməyə başlayıb”.

Bununla belə, müəllif diqqəti belə bir fakta cəlb edir: əsas məsələ - siyasi sabitlik olmasaydı, çətin ki, Azərbaycan belə nəticələr əldə edə bilərdi. Analitiklərin hesablamalarına görə, məhz bu amil iqtisadiyyatın coşqun inkişafını irəlicədən müəyyən etdi. Yatırımlarının etibarlı müdafiə ediləcəyinə xarici sərmayədarların əmin olması birbaşa investisiyaların axınını təmin etdi.

G.Stepanovun fikrincə, Azərbaycan uğurunun fenomeni icraçılıq intizamında və sınanılmış addımlardadır: bu, hər hansı islahatın universal qaydasıdır. O yazır: “Əslində, Azərbaycanın elə bir böyük seçim imkanı yox idi, ya durğunluğu, ya da modernləşməni seçməli idi. Respublikanın rəhbərliyi infrastruktur sıçrayışına ümid bağladı: məktəb binalarının və tibb müəssisələrinin geniş tikintisinə başlandı, şəhər və qəsəbələrdə yeni energetika qurğuları işə salındı, yollar şaxələndi və yeni asfalt örtük döşəndi, rabitə və kommunikasiyalar yeni texnologiyalarla təchiz edildi”.

Müəllif siyasi şərhçi Endrü Koribkonun sözlərini sitat gətirir. E.Koribkonun fikrincə, “Azərbaycan başqa ölkələr ilə öz iqtisadi tərəfdaşlığını şaxələndirə, dünyada nüfuzunu artıra və çoxqütblü beynəlxalq siyasətini irəlilədə bilib”. Nəticədə cəmi bir neçə il ərzində respublikada keyfiyyətcə yeni sosial-iqtisadi mühit yaranıb.

Müəllif daha sonra yazır: “Bu günün reallıqları belədir: 2015-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycanın ümumi daxili məhsulu 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Bu dövrdə qeyri-neft sənayesinin artımı 14 faizdən çox olub. İnflyasiya 3,5 faiz, əhalinin pul gəlirlərinin artımı 6,2 faiz təşkil edib. Altı ay ərzində ölkəyə 12,7 milyard manat (12,2 milyard dollar) sərmayə yatırılıb.

Həmin rəqəmləri bu yaxınlarda Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev söyləyib. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayevin fikrincə, “Azərbaycanın iqtisadi göstəriciləri hətta ən ciddi dünya meyarların görə ən yaxşı göstəricilər sırasındadır”.

Asiya İnkişaf Bankının (AİB) hesablamalarına görə, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı daha 3 faiz, 2016-cı ildə isə 2,6 faiz artacaq. Dünya Bankı bu il ÜDM-in 4,4 faiz, gələn il 4,1 faiz artacağını proqnozlaşdırır.

Məqalədə deyilir: “Mood`s Investor Service” agentliyi öz hesabatında qeyd edib ki, Azərbaycanın fevral ayında manatı devalvasiya etməsi neftin qiymətlərinin düşməsinin şok təsirini yüngülləşdirib və respublikasının qeyri-neft məhsullarını daha rəqabətə davamlı edib”. “Standard&Poor`s” reytinq agentliyi fevral ayında Azərbaycanın kredit reytinqini “BBB -” investisiya səviyyəsində təsdiq edib. Onun hesablamalarına görə, ölkənin xarici borcunun səviyyəsi son dərəcə aşağıdır, fiskal və xarici durumu (aktivləri) isə yetərincə möhkəmdir. Azərbaycan Dünya İqtisadi Forumunun qlobal rəqabətə davamlılıq indeksində 38-ci yerdədir və dalbadal beşinci ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayır.

Müəllif sonda yazır: “Ötən il “qara qızıl”ın qiymətlərinin iki dəfə düşməsi fonunda neft hasil edən ölkələrin çoxu hazırda böyük iqtisadi çətinliklərlə üzləşib, itkilərini və ziyanlarını hesablayır. Azərbaycan isə uzaqgörən iqtisadi siyasəti və qibtəediləcək siyasi sabitliyi sayəsində hazırda nəinki öz ayaqları üzərində möhkəm dayanır, həm də gələcəyə inamla baxır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI