AZƏRBAYCAN–İSVEÇ FEDERASİYASININ 9-CU QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İsveçin Yöteburq şəhərində Azərbaycan-İsveç Federasiyasının 9-cu qurultayı keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsveçdə fəaliyyət göstərən bütün türkdilli cəmiyyətlərin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan həqiqətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
ABF təşkilatının numayəndəsi Rza Talebi, İraq-Türkmən Federasiyasının rəhbəri Fazil Əkbər, Türkiyə Federasiyası rəhbəri Həsən Dölək, Dünya Türkmən Birləşmiş Təşkilatının Avrora üzrə sədri Toylu Sübhanlı və başqaları çıxış etmiş, dünya türklərinin, eləcə də Azərbaycanın problemləri, torpaqlarımızın Ermənistan tərəfindən işğallı, qaçqın və məcburi köçkünlərimizin həyat şəraiti və digər məsələlərdən danışmışlar.
Təşkilati məsələyə baxılmış, Məmmədrza Ağapur, Rahim Sadıqbəyli, Səttar Sevigin, Davud Savalanoğlu (Xaqan Baycan), Pərvanə Urmulu, Nadir Holanbrand, Mənsur Cəsuroğlu, Turan Əlisoy, Naibə Babayevadan ibarət 9 nəfərlik Baş komitə seçilmişdir.
1996-ci ildə yaradılmış federasiyanın əsas məqsədi İsveçdə yaşayan azərbaycanlıların milli birliyinə, həmrəyliyinə nail olmaq, həmçinin Azərbaycan həqiqətlərini bu ölkənin ictimaiyyətinə çatdırmaqdır. Federasiyada 29 dərnək və cəmiyyət təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]