AZƏRBAYCAN “İZVESTİYA” QƏZETİNDƏ ÇAP OLUNMUŞ FOTOLARDA
Azərbaycan Fotoqraflar Birliyindən AZƏRTAC-a bildirmişlər ki, bu qurum “İzvestiya” qəzeti ilə birgə “Doğma Azərbaycan” mövzusunda fotomüsabiqə elan edib. Müsabiqəyə ancaq müxtəlif vaxtlarda “İzvestiya” qəzetində çap olunmuş fotolar göndərilə bilər.
Müsabiqədə ilk üç yeri tutan qaliblərə diplom və mükafatlar təqdim olunacaqdır.
Qaliblər ilin sonunda müəyyən olunacaqdır.