Azərbaycan-Litva əlaqələri bütün sahələrdə uğurla inkişaf edir
Bakı, 26 avqust (AZƏRTAC). Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Valdas Lastauskas ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, V.Lastauskas etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Azərbaycanın xarici işlər naziri yeni təyinatı münasibətilə səfiri təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. E.Məmmədyarov Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
V.Lastauskas səfir kimi iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]