“AZƏRBAYCAN MƏDƏNİYYƏT VƏ TƏHSİL MƏRKƏZİ” KANADA GENOSİD MUZEYİNƏ ÜZV QƏBUL EDİLMİŞDİR
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə AMTM-in prezidenti, Kanada-Azərbaycan Təşkilatları Federasiyasının icraçı direktoru Əkbər Məcidov məlumat vermişdir.
Qeyd olunmuşdur ki, yəhudi, yunan, Ukrayna, ərəb və digər etnik qruplara məxsus 43 assosiasiyanı birləşdirən Kanada Genosid Muzeyinin əsas məqsədlərindən biri hər hansı millətin tarixindəki soyqırımı halları haqqında kanadalıları məlumatlandırmaqdır.
Ə.Məcidov bildirmişdir ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi qəsbkar ermənilərin törətdikləri Xocalı soyqırımı ilə bağlı materialları muzeyə təqdim etmişdir. Muzeyin internet saytına yeni məlumatlar da veriləcəkdir.
Hazırda Kanadanın Vinnipeq şəhərində genosid muzeyi açılmışdır. Bu cür muzeylərin ölkənin digər böyük şəhərlərində də yaradılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]