Azərbaycan Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, AzMİU-nun rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova Xocalı soyqırımını XX əsrin ən böyük faciəsi və hərbi cinayətlərindən birincisi adlandırmışdır.
Universitet qadınlar şurasının sədri, “Kitab Evi” İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova soyqırımının dünyada rəsmən tanıdılması üçün fəaliyyətin genişləndirilməsi və sürətləndirilməsinin, gənclərin informasiya əsrində düşmənlərlə virtual aləmdə mübarizəsinin vacibliyini bildirmişdir.
Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyasını nümayiş etdirmişlər.
Kompozisiyanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]