Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEV FİDE RƏHBƏRLƏRİNİ QƏBUL ETMİŞDİR

Aprelin 19-da Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un binasında iyunun 21-dən iyulun 4-dək Naxçıvanda keçiriləcək yeniyetmələr arasında dünya çempionatına hazırlığın gedişi ilə tanış olmaq üçün ölkəmizə gələn Beynəlxalq Şahmat Federasiyasının (FİDE) birinci vitse-prezidenti Georgios Makropulosu və vitse-prezident Zurab Azmayparaşvilini qəbul etmişdir. 

İlham Əliyev qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Azərbaycanda, xüsusən də gənclər arasında şahmat geniş yayılmışdır. Təsadüfi deyil ki, son illər ölkəmizdə mötəbər beynəlxalq turnirlər keçirilir. Məsələn, bu yaxınlarda ölkəmizin paytaxtında gənclər arasında şahmat üzrə Avropa çempionatı təşkil edilmişdir. MOK prezidenti gənclərin növbəti dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında FİDE-nin qərarını alqışladı, yarışın paytaxtımızdan kənarda təşkil olunmasının vacibliyini xüsusi vurğuladı. Onun sözlərinə görə, çempionatın Naxçıvanda keçirilməsi bu diyar üçün unudulmaz hadisə olacaqdır. İlham Əliyev FİDE-nin prezidenti Kirsan İlyumjinovla xoş münasibətlər yaradıldığını və onun gənc, lakin artıq dünya şöhrətli şahmatçı olan Teymur Rəcəbovun nüfuzlu turnirlərdə iştirakına icazə verilməsi haqqında Azərbaycan MOK-un məktubunu müsbət cavablandırdığını da bildirdi.

MOK prezidenti qonaqlara son illər ölkəmizdə idmanın inkişafı sahəsində əldə edilmiş nailiyyətlər, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr barədə ətraflı məlumat verdi. İlham Əliyev dedi ki, bütün bu nailiyyətlər, o cümlədən Milli Olimpiya Komitəsinin fəaliyyətinin gücləndirilməsi ölkədə hökm sürən ictimai-siyasi sabitliyin və iqtisadi tərəqqinin nəticəsidir. O, eyni zamanda, ölkəmizin hər bir şəhərində şahmat məktəbi açılmasına dair proqramın həyata keçirilməsində FİDE rəhbərliyinin Azərbaycana nə kimi kömək göstərə biləcəyi ilə maraqlandı. MOK prezidenti vurğuladı ki, idmanın bu növünün uşaqlar və gənclər arasında yayılması, ümumiyyətlə, şahmatın inkişafı ölkənin beynəlxalq nüfuzunun artmasına kömək edir. İlham Əliyev əmin olduğunu bildirdi ki, Naxçıvanda qarşıdakı dünya çempionatı yüksək səviyyədə keçəcəkdir.

FİDE-nin birinci vitse-prezidenti Georgios Makropulos səmimi qəbula görə təşəkkür edərək dedi ki, belə mötəbər turnirlərin Azərbaycanda keçirilməsi, ilk növbədə, şahmatın azərbaycanlılar arasında populyarlığının və idmanın bu növünə dövlətin qayğı göstərməsinin nəticəsidir. O xatrılatdı ki, dünyanın aparıcı şahmatçılarından biri - Harri Kasparov da vaxtilə məhz Azərbaycan Prezidenti Heydər Əliyevin qayğı və diqqəti sayəsində qrossmeyster olmuşdur. İndi Azərbaycanı başqa bir şahmatçı - Teymur Rəcəbov layiqincə təmsil edir. Onun fikrincə, Teymurun böyük gələcəyi var.

FİDE vitse-prezidenti Zurab Azmayparaşvili isə Azərbaycan dövləti başçısının respublikada şahmatın inkişafına diqqət yetirdiyini xüsusi vurğuladı.

Söhbət zamanı qarşıdakı dünya çempionatının keçirilməsi ilə bağlı bir sıra məsələlər də müzakirə olundu.

Sonda İlham Əliyev FİDE rəhbərlərinə Azərbaycan idmanı haqqında kitab və Milli Olimpiya Komitəsi adından hədiyyələr təqdim etdi. 

SUAL: Dünya Karate Federasiyasının Sizə təqdim etdiyi sertifikatı həm də Azərbaycan idmanına verilən qiymət kimi dəyərləndirmək olarmı?

CAVAB: Mən sizinlə razıyam. Bu, Azərbaycan idmanına verilən qiymətdir. Son illər ərzində Azərbaycanda idman inkişaf edir, olimpiya və qeyri-olimpiya idman növlərinin hamısı bizim diqqət mərkəzimizdədir. Biz burada ayrı-seçkilik etmirik və hər bir idman növü bizim üçün əzizdir. Xüsusilə karate kimi Azərbaycanda çox böyük ənənəsi olan idman növünü qeyd etmək istərdim. Mən cənab Espinosla söhbət edərkən dedim ki, hətta karatenin rəsmi şəkildə fəaliyyət göstərmədiyi və qadağa altında olduğu dövrdə Azərbaycanda bu idman növü yaşayırdı və inkişaf edirdi. Əlbəttə, belə bir turnirin Azərbaycanda keçirilməsi karate idman növünün daha da yayılmasına xidmət edəcəkdir. Bu mükafat mənim üçün çox əzizdir, cənab Espinos və Dünya Karate Federasiyası tərəfindən fəaliyyətimə verilən yüksək qiymətdir. Amma mən bunu ilk növbədə Azərbaycana, idmanımıza və idmançılarımıza verilən qiymət kimi qəbul edirəm. Təki, biz bu yüksək rütbəyə, yüksək dana layiq olar.

SUAL: Son zamanlar Azərbaycan futbolunda baş verənlərə münasibətinizi bildirərdinizmi?

CAVAB: Mən çox təəccüb etdim ki, FİFA belə qərar çıxartdı. Bilirsiniz ki, FİFA və UEFA rəhbərləri Azərbaycana məktubla müraciət etmişdilər və bizim idman nazirimiz o müraciətə cavab göndərmişdi. Bundan sonra onların Bakıya gəlməşi gözlənilirdi. Eyni zamanda hamımız görürdük ki, son aylar ərzində yaranmış böhran da yavaş-yavaş aradan qalxır, AFFA ilə klublar arasında razılıq əldə olunur. Klublar çempionatda iştirak etmək haqqında qərar qəbul etdikləri bir məqamda FİFA-dan belə bir qərarın gəlməsi gözlənilməzdir və heç bir məntiqə sığmır. Hesab edirəm ki, bu qərarda hansısa şəxsi amillər öz əksini tapır. Bilirsiniz ki, federasiya, idman hər hansı bir adamın adı ilə bağlana bilməz və əgər hansısa bir adam ümumi işə mane olursa, onun fəaliyyətində müsbət hallar yoxdursa, əksinə, onun fəaliyyəti bu idman növünün dağıdılmasına gətirib çıxarırsa, o adam, -əgər idmanı sevirsə,- vəzifədən yapışmamalı və könüllü şəkildə idmandan uzaqlaşmalıdır.

Təəssüf edirəm ki, Azərbaycan futbolunda belə deyildir. Burada şəxsi ambisiyalar, vəzifə hərisliyi və digər xoşagəlməz hallar futbolumuzu uçurum kənarına gətirib çıxarmışdır. İnanmaq istərdim ki, FİFA tezliklə öz qərarına düzəliş edəcək, ədalətsiz qərarı geri götürəcək və son günlər ərzində AFFA ilə klublar arasında yaranmış razılığı əsas götürərək, Azərbaycanda futbolun yaşamasına və inkişafına, bizim dünya futbolundan təcrid olunmamağımıza çalışacaqdır.

SUAL: Ümumiyyətlə idmanın siyasiləşdirilməsi Olimpiya xartiyasına zidd deyilmi?

CAVAB: Əlbəttə, bu, oimpiya prinsiplərinə ziddir. Futbol və bütün başqa idman növləri siyasətdən ayrı olmalıdır. Mən dəfələrlə demişəm, bizdə elə federasiyalar var idi ki, orada başqa siyasi əqidəyə malik olan insanlar işləyirdilər. Deyə bilərəm ki, federasiyaların əksəriyyətində siyasətlə məşğul olan adamlar yoxdur və olmamalıdır. Çünki idman, idmandır və ümummilli bir dəyər olaraq, o, hansısa partiyalara, siyasi maraqlara bölünməməlidir. Öz vəzifəsini qoruyub saxlamaq üçün, - bu, indi xüsusilə dəbdədir, - bəziləri özünü müxalifətçi kimi təqlid edir, belə hal gülünc görünür. Bəziləri cinayət törədir və yaxud hansısa bir nalayiq iş görür və bilir ki, bu işə görə cəzalandırılacaqdır. Onda dərhal özünü müxalifətçi kimi təqdim etməyə başlayır, gedib müxalifətin tədbirlərində iştirak edir, müxalifətlə bir yerdə guya hansısa mühüm məsələləri müzakirə edir və ondan sonra deyir ki, mən buna görə təqib olunuram. Halbuki, bu belə deyil və ictimaiyyət də bunu bilir. İdmanı siyasiləşdirmək olmaz. İdmana rəhbərlik edən insanlar ilk növbədə idmana zərər yox, xeyir gətirməlidirlər.

SUAL: İndi Azərbaycan idman mərkəzinə çevrilib, bugünkü turnir və mötəbər federasiyaların nümayəndələrinin Bakıya gəlməsi bunu bir daha təsdiq edir. Siz bu faktı necə qiymətləndirirsiniz?

CAVAB: Əlbəttə, mən bunu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu bizim son illər ərzində apardığımız məqsədyönlü işimizin məntiqi nəticəsidir. Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çox şadam ki, Azərbaycanda idmana rəhbərlik edən qurumlar arasında yekdillik var və fikir ayrılığı yoxdur. Biz - Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiya və klublar, idman cəmiyyətləri vahid bir komanda kimi çalışırıq. Biz bir ailəyik və əməli işlərimiz də, nəticələrimiz də - çempionatlarda, oimpiya oyunlarında qazanılmış medallar da göstərir ki, Azərbaycanda idman necə sürətlə inkişaf edir və hansı zirvələrə qalxmışdır. Əlbəttə ki, bunların hamısı bizi çox sevindirir. İdman çox vacib amil olduğu qədər, eyni zamanda, hər bir ölkənin həyatı üçün çox mühüm sosial amildir. Biz istəyirik ki, uşaqlar idmanla məşğul olsun, pis işlərə qurşanmasınlar. İçki içməsinlər, siqaret çəkməsinlər, hansısa nalayiq hərəkətlərə yol verməsinlər. İdman bu mənada çox mühüm amildir ki, uşaqları və gəncləri pis vərdişlərdən qoruyur. Ona görə mən idmana məhz bu nöqteyi-nəzərdən baxıram. Əlbəttə ki, bu, həm də ölkənin imicidir. Ölkənin bayrağı qaldırılanda hər bir azərbaycanlı qürur hissi keçirir. Bu o deməkdir ki, idmançılarımız millətimizi sevindirir, təbliğ edirlər və Azərbaycanın idman şərəfini yüksəklərə qaldırırlar. Ona görə də mən bütün idmançılara, məşqçilərə minnətdaram və Azərbaycanda keçirilən böyük idman tədbirləri bir daha onu göstərir ki, biz düzgün yoldayıq.

X X X

Görüşlərdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iştirak edirdi.

AZƏRTAC

Foto İlqar Cəfərovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib