Azərbaycan millisi reytinq cədvəlində ikinci pilləyə yüksəlib
Bakı, 25 yanvar, AZƏRTAC
Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, son Avropa çempionatının qalibi olan Azərbaycan millisi üç pillə irəliləyərək ikinci sıraya yüksəlib. Yığmanın hesabında 3000 xal var.
Reytinq cədvəlinə 4125 xalla son dünya çempionu Rumıniya başçılıq edir. Macarıstan kollektivi isə 2600 xalla ilk “üçlüy”ü tamamlayıb.