Azərbaycan millisinin futzalçıları Belçika klubu ilə anlaşıblar
Bakı,7 yanvar, AZƏRTAC
“Araz-Naxçıvan” futzal klubundan ayrılan Xətai Bağırov və İsa Atayev karyeralarını Belçikada davam etdirə bilərlər.
Bu barədə AZƏRTAC-a Azərbaycan millisinin üzvü X. Bağırov məlumat verib. O, “Futsal Beşiktaş Gent” klubu ilə şifahi razılıq əldə olunduğunu bildirib: “1+1 illik müqavilə şərtlərində anlaşdıq. Sadəcə, viza məsələsinə görə ölkə xaricinə yollanmağımız gecikəcək”.
Hazırda minifutbol üzrə “İnter” komandasının baş məşqçisi olan 36 yaşlı futzalçı sənədləri hazır olana kimi burada işləyəcəyini söyləyib: “Transfer pəncərəsi açılana qədər “İnter”də qalacağam. Ayağımda zədə var idi, yavaş-yavaş düzəlir. Əgər Belçikaya getmək alınmasa, ya burada qalacağam, ya da başqa təklifləri dəyərləndirəcəyəm. Çünki hazırda “Zirə” klubu da mənimlə yaxından maraqlanır”.
Qeyd edək ki, Xətai Bağırovla İsa Atayev 2022-ci ildə də “Futsal Beşiktaş Gent” klubunun formasını geyiniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]