Azərbaycan millisinin voleybolçuları Vyetnamda gümüş və bürünc medal qazanıblar
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında fəxri kürsüdə yer alıblar.
AZƏRTAC xəbər verir ki, P. Rəhimovanın çıxış etdiyi "Duk Qianq Tia Sanq" komandası mövsümü ikinci pillədə başa vuraraq gümüş medal qazanıb. Yığma üzvü həm də Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.
O. Əliyevanın şərəfini qoruduğu "Binh Dyen Lonq An" komandası isə ölkə çempionatında bürünc medalın sahibi olub.
Qeyd edək ki, hər iki voleybolçu bu ilin yayından Vyetnam liqasında çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]