AZƏRBAYCAN MUSİQİSİ ALMANİYADA ALQIŞLANIR
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva AZƏRTAC-ın müxbirinə demişdir ki, ongünlük çərçivəsində Berlin, Frankfurt, Ştutqart, Mayns şəhərlərində keçirilən tədbirlərdə Azərbaycanın qədim tarixə malik zəngin mədəniyyəti və incəsənəti geniş səpkidə təmsil olunmuşdu. Frankfurtda Beynəlxalq kitab sərgisi, Berlində Azərbaycan rəssamlarının sərgisi və “Azərbaycan evi” Cəmiyyətinin açılışı xalqlarımız arasında yeni dostluq əlaqələrinin inkişafına təkan vermişdir. Bu mərasimlərdə xalq artisti Teymur Göyçayevin idarəsi ilə Azərbaycan Dövlət Kamera Orkestrinin, voklaçıların, muğam və xalq mahnıları ifaçılarının, Dövlət Rəqs Ansamblı üzvlərinin çıxışları hərarətlə qarşılanmışdır.
Təbirlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, mədəniyyət və turuzm nazirinin müavini Ədalət Vəliyev, Avropa Azərbaycanlıları Konqresinin sədri Bahəddin Kaya ölkələrimiz və xalqlarımızın dostluğundan, mədəniyyət əlaqələrindən danışmışlar.
Möhtəşəm Berlin Filarmoniyasında, Ştutqart şəhərinin Kral salonunda, Maynsın “Frankfurter Hof” sarayında keçirilən konsertlərdə müxtəlif ölkələrin səfirləri, bundestaqın, Almaniya hökumətinin üzvləri, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak etmişlər.
Bu konsertlərdə dahi bəstəkarımız “Karmen” operasından Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından ariyaları və xalq manılarımızı oxudum. Tamaşaçılar mənim və vokalçılar Dinarə Əliyevanın, Əvəz Abdullayevin, muğam ifaçıları Bəyimxanım Mirzəyevanın, Teyyub Aslanovun çıxışlarını ayaq üstə alqışlayırdılar.