AZƏRBAYCAN NEFTÇİLƏRİNİN ZƏNGİN TƏCRÜBƏSİNDƏN MOLDOVADA DA İSTİFADƏ OLUNACAQDIR
ARDNŞ-in prezidenti səmimi təbrik üçün qonaqlara təşəkkürünü bildirmiş və onları neftçilərin peşə bayramı münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət etmişdir. Azərbaycan neft sənayesinin tarixi haqqında ətraflı məlumat verən R.Abdullayev, xüsusilə son illərdə qazanılmış uğurlardan söz açmış, nailiyyətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyasının dayandığını vurğulamışdır. O demişdir ki, həqiqətən də ARDNŞ-in neft yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində çox zəngin təcrübəsi var və biz bu təcrübəni dost Moldova xalqı ilə bölüşməyə hazırıq. Əgər birgə səylər sayəsində sizdəki strukturların perspektivliyi aşkarlanarsa, biz onların geofiziki və geoloji işlənməsinə hazırlıq üzrə lazımi tədbirlərin aparılmasında hər cür kömək göstərə bilərik.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev moldovalı qonaqlara aparılacaq birgə tədqiqatlarda uğurlu nəticələr əldə etməyi arzulamışdır.