AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MDB PARLAMENTLƏRARASI ASSAMBLEYA ŞURASININ İCLASINDA İŞTİRAK EDƏCƏK
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak etmək üçün yanvarın 31-dən Sankt-Peterburqda səfərdə olacaqdır. Tədbirdə Milli Məclisin deputatı Yaşar Əliyev də iştirak edəcəkdir.
İclasın gündəliyinə terrorizmlə bağlı II beynəlxalq konfransa hazırlıq işləri, bu qurumla Avropa Şurası Parlament Assambleya Bürosunun birgə yığıncağının keçirilməsi və təşkilati məsələlər daxil edilmişdir.
Milli Məclis sədrinin birinci müavini müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək, digər nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirəcəkdir.
Milli Məclisin mətbuat
Xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]