AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN SANKT-PETERBURQA SƏFƏRİ
Polad Bülbüloğlunun və Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun görüşündə ümummilli liderimiz Heydər Əliyevin Qoroxovaya küçəsində xatirə lövhəsinin tezliklə açılması məsələsi müzakirə olunmuşdur. Valentina Matviyenko Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün iş adamlarından ibarət nümayəndə heyətinin bu payız Bakıya getməsini planlaşdırdığını da açıqlamışdır.
Görüşdə Polad Bülbüloğlu bildirmişdir ki, 2005-ci ildə Rusiyada Azərbaycan ili və 2006-cı ildə Azərbaycanda Rusiya ili keçiriləcəkdir. Odur ki, indi Azərbaycanın Mədəniyyət Nazirliyi bayram tədbirlərinin proqramını hazırlayır. O, Valentina Matviyenkodan xahiş etmişdir ki, Azərbaycanda Sankt-Peterburq günləri ilə əlaqədar tədbirlərin hazırlanması barədə şəhərin mədəniyyət və xarici əlaqələr komitələrinə müvafiq göstərişlər versin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]